24 C
Bakı
23 İyun 2025 12:33
Dünya

Təhlükəli anlar: Eyfel qülləsi boşaldıldı

 

“Paris-2024” Yay Olimpiya Oyunlarının sonuncu günündə təhlükəsizliklə bağlı ciddi boşluq aşkara çıxıb.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, mühafizə xidmətinin gözündən yayınan şəxs Eyfel qülləsinə dırmanıb. Heç bir qoruyucu vasitədən istifadə etməyən şəxs tikilinin Olimpiya halqalarının quraşdırıldığı hissəsindən də yuxarı dırmanmağa nail olub.

 

Polis qülləni boşaldıb və tikiliyə dırmanan şəxsi yerə endirib. Dindirmə zamanı onun Britaniya vətəndaşı olduğu müəyyən edilib. O, peşəkar alpinist olduğunu bildirib.

 

Bu hadisə əhali arasında Oyunların təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Trampla “söz savaşı”ndan DANIŞDI: “Hər iki tərəf üçün yaxşı deyil”

redaktor

Trampdan ŞOK: Ukraynanı tam ələ keçirməməsi Rusiyanın böyük güzəştidir

redaktor

Putini yaxşı tanıyıram, istəmirəm insanlar ölsün – Tramp

redaktor