25 C
Bakı
11 Avqust 2025 01:14
Dünya

Trampın qərargahı hakerlərin hücumuna məruz qalıb

ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahı hakerlər tərəfindən sındırılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, ABŞ-a düşmən olan xarici hakerlər qərargahın daxili yazışmalarına icazəsiz giriş əldə ediblər.

 

Hücumda İrandan olan hakerlər şübhəli bilinir.

 

Jurnalistlər Trampın seçki kampaniyası ilə bağlı sənədləri iyulun 22-dən naməlum şəxslərdən almağa başlayıblar.

 

“Bu sənədlər 2024-cü il seçkilərinə müdaxilə etmək və bütün demokratik prosesə xaos yaymaq üçün ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yolla əldə edilib”, ABŞ-ın keçmiş prezidentinin seçki kampaniyasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq bildirib.

 

O əlavə edib ki, Microsoft hesabatında iranlı hakerlərin 2024-cü ilin iyununda yüksək rütbəli amerikalı məmurun hesabını sındırdığını göstərib.

 

Bundan əvvəl Microsoft İrana bağlı haker qruplarının bu ilin noyabrında keçiriləcək ABŞ seçkilərinə müdaxilə kampaniyasına başladığını açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Kanada bayrağı ilə şəkil paylaşdı: 51-ci ştat reallaşır?

redaktor

Ukraynanın məşhur snayper-pilotu öldü

redaktor

“İkisini də bir otağa salıb…” – Tramp Putin və Zelenskidən DANIŞDI

redaktor