20 C
Bakı
24 İyun 2025 08:25
Dünya

Tramp Harrisi oğurluqda ittiham edib

ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından rəqibi, hazırkı vitse-prezident Kamala Harrisi siyasi platforması üçün təşəbbüslərini oğurlamaqda ittiham edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə siyasətçi ona məxsus olan “Truth Social” sosial şəbəkəsində yazıb.

 

“Bal ayı dövrünün sonuna yaxınlaşan və anketlərdə pis uduzmağa başlayan Kamala Harris sadəcə mənim vergi siyasətimi kopyalayır. Fərq ondadır ki, o bunu həyata keçirməyəcək və bu yalnız ona siyasi məqsədlər üçün lazımdır. Bu, Trampın ideyası idi, onun öz ideyaları yoxdur. İdeyaları ancaq məndən oğurlaya bilər”, – Tramp öz səhifəsində qeyd edib.

 

Qeyd edək ki, Harris Nevada ştatının Las-Veqas şəhərində keçirilən mitinqdə işçilər üçün nəzərdə tutulan bəxşişlərin vergidən azad olunmasından danışıb. Bundan əlavə, o, ABŞ-da qiymətlərin aşağı salınması üçün tədbirlər görəcəyini vəd edib. Halbuki, Tramp əvvəllər də bəxşişlərin vergiyə cəlb edilməsinə qarşı olduğunu bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan parlamentində dava – Vardanyan döyüldü, xəstəxanadadır

redaktor

“Ukrayna nüvə silahından əl çəkməməli idi” – Zelenski

redaktor

İsrail ordusu bu önəmli şəhəri ƏLƏ KEÇİRDİ

redaktor