Dünya

Təhlükəli anlar: Eyfel qülləsi boşaldıldı

 

“Paris-2024” Yay Olimpiya Oyunlarının sonuncu günündə təhlükəsizliklə bağlı ciddi boşluq aşkara çıxıb.

 

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, mühafizə xidmətinin gözündən yayınan şəxs Eyfel qülləsinə dırmanıb. Heç bir qoruyucu vasitədən istifadə etməyən şəxs tikilinin Olimpiya halqalarının quraşdırıldığı hissəsindən də yuxarı dırmanmağa nail olub.

 

Polis qülləni boşaldıb və tikiliyə dırmanan şəxsi yerə endirib. Dindirmə zamanı onun Britaniya vətəndaşı olduğu müəyyən edilib. O, peşəkar alpinist olduğunu bildirib.

 

Bu hadisə əhali arasında Oyunların təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu halda nüvədən istifadə edə bilər – Ukrayna

redaktor

Buzlaqların əriməsi milyonlarla insanın həyatı üçün təhlükə yaradır

redaktor

Zelenski ABŞ-da soyuq qarşılanıb – “Time”

redaktor