12 C
Bakı
28 Mart 2026 02:25
Dünya

Rusiya Kiyev vilayətini atəşə tutdu

 

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovarı rayonuna raket hücumu zamanı mərmi qalıqlarının fərdi evlərin üzərinə düşməsi nəticəsində iki nəfər ölüb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.

 

“Bu gecə Brovarı rayonunda fərdi yaşayış binalarının üzərinə raket parçaları düşüb. Üç nəfər ağır yaralanıb. Daha iki nəfər: 35 yaşlı kişi və onun 4 yaşlı oğlu binanın dağıntıları altında qalıblar. Təəssüf ki, onlar axtarış-xilasetmə əməliyyatları zamanı ölü tapılıb”, – Dövlət Xidməti diqqətə çatdırıb.

 

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri avqustun 10-dan 11-nə keçən gecə Ukraynanın müxtəlif ərazilərinə ballistik raket və dron hücumu həyata keçirib. (“Report”)

Tacxeber.com

Oxşar xəbərlər

Aİ-nin sanksiya tətbiq etdiyi Azərbaycan şirkəti kimə məxsusdur? – DETALLAR

redaktor

“Qərb Ukraynadan yorulub” – Finlandiya XİN rəhbəri

admin

Yeni Yaxın Şərq düzəni qurulur. Azərbaycan haradadır?

redaktor