26 C
Bakı
13 Avqust 2025 00:05
Cəmiyyətİdman

Bu gün Azərbaycan Premyer Liqasında 2 maraqlı oyunlar olacaq.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun görüşlərinə yekun vurulacaq.

 

Turun son oyun günü iki qarşılaşma keçiriləcək.

Əvvəlcə Tovuzda “Turan Tovuz” “Sumqayıt”ı sınağa çəkəcək. Qərb təmsilçisi Kurban Berdıyevin rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq.

Oyun saat 18:45-də başlayacaq.

 

Günün son görüşü isə Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq.

Burada ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən iki klub – “Sabah” və “Zirə” kollektivləri üz-üzə gələcək.

Matçın başlama fiti saat 21:00-da çalınacaq.

 

Xatırladaq ki, turun əvvəlki matçlarında “Qarabağ” “Kəpəz”ə 3:0, “Araz Naxçıvan” isə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. “Səbail” – “Neftçi” görüşü isə heç-heçə ilə yekunlaşıb – 1:1.

Tacxeber.com

Oxşar xəbərlər

Finlandiya parlamenti məktəblərdə mobil telefonlardan istifadəni məhdudıaşdıran qərar qəbul edib.

admin

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirildi

admin

7318 müəllim işdən QOVULDU

admin