10 C
Bakı
03 Mart 2026 14:51
Siyasət

Bayden prezidentlik yarışından niyə geri çəkilib? – Səbəbini açıqladı

 

Respublikaçıların namizədi Donald Trampla bərabər mübarizə aparan ABŞ Prezidenti Co Bayden prezidentlik yarışını tərk etməsinin səbəbini açıqlayıb.

 

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, Bayden bu barədə “CBS” telekanalına verdiyi müsahibəsində danışıb.

 

O, Konqres seçkisində Demokratlar Partiyasındakı həmkarlarına zərər verməmək üçün ən yüksək dövlət postu uğrunda mübarizədən geri çəkildiyini bildirib.

 

“Prezident kimi xidmət etmək şərəfli olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Bu, Trampı məğlub etməkdir. İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Yaşımın neçə olduğunu belə deyə bilmirəm, bunu demək mənim üçün çətindir”, – deyə 81 yaşlı Bayden bildirib.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın XİN rəhbəri ATƏT Nazirlər Şurasının iclasında iştirak edir

redaktor

İranın dini lideri çıxılmaz vəziyyətdədir.

admin

Türkiyə MİT-i məni niyə və hansı əsasla terrorçu hesab edir?

redaktor