21 C
Bakı
23 İyun 2025 02:13
Siyasət

Bayden prezidentlik yarışından niyə geri çəkilib? – Səbəbini açıqladı

 

Respublikaçıların namizədi Donald Trampla bərabər mübarizə aparan ABŞ Prezidenti Co Bayden prezidentlik yarışını tərk etməsinin səbəbini açıqlayıb.

 

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, Bayden bu barədə “CBS” telekanalına verdiyi müsahibəsində danışıb.

 

O, Konqres seçkisində Demokratlar Partiyasındakı həmkarlarına zərər verməmək üçün ən yüksək dövlət postu uğrunda mübarizədən geri çəkildiyini bildirib.

 

“Prezident kimi xidmət etmək şərəfli olsa da, mən hiss etdim ki, ölkə qarşısında bacardığım ən vacib şeyi etməyə borcluyam. Bu, Trampı məğlub etməkdir. İlk namizədliyimi irəli sürəndə özümü keçid dövrünün prezidenti hesab edirdim. Yaşımın neçə olduğunu belə deyə bilmirəm, bunu demək mənim üçün çətindir”, – deyə 81 yaşlı Bayden bildirib.

 

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Navalnının yeri bəlli oldu.

admin

ABŞ və Ukrayna arasında “minerallar anlaşması” kimi tanınan “Bərpa üzrə İnvestisiya Fondunun yaradılması haqqında saziş” imzalanıb.

admin

Anna Akopyan bayrağımızı yandıranla bir arada

redaktor