24 C
Bakı
22 İyun 2025 11:01
Dünya

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır – ŞOK

Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - ŞOK

“Almaniya yaxın beş il ərzində Rusiya ilə birbaşa hərbi münaqişəyə hazır olmalıdır”.

 

Tacxeber.comOxu.az-a istinadən xəbər verir ki, bunu Bundesverin Hamburqdakı regional komandanlığının rəhbəri Maykl Qiss “Welt”ə müsahibəsində deyib.

 

Qiss qeyd edib ki, onun hərbi təcrübəsi Almaniyanın müdafiə qabiliyyətini gücləndirmək üçün təcili tədbirlər görməli olduğunu deməyə əsas verir.

 

O vurğulayıb ki, bütün ölkə, o cümlədən siyasətçilər, hərbçilər, biznes və vətəndaş cəmiyyəti təhlükənin ciddiliyini anlamalı və mümkün müharibəyə hazırlaşmaqda iştirak etməlidir.

 

Bundesver komandanı qeyd edib ki, ölkədəki sosial sabitlik xarici təcavüzə qarşı uğurlu mübarizəni təmin edən əsas amillərdən biridir.

Tacxeber.com

Oxşar xəbərlər

Elon Mask Tramp barəsindəki pedofiliya ittihamına dair paylaşımını silib – FOTO

redaktor

Ukrayna Luqanskda daha bir ərazini geri aldı

redaktor

Gürcüstanda deputatlar əlbəyaxa oldu: “Rusiya arzusu”nun sonu yaxınlaşır

admin