11 C
Bakı
30 Mart 2026 05:12
Cəmiyyət

Nazir keçmiş direktorunu “Aqroservis”ə sədr gətirdi

 

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqroservis” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

 

Qaynarinfo-nun verdiyi məlumata görə, bu vəzifəyə Mehman Veysəlov gətirilib. Nazir Məcnun Məmmədov bu barədə müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, M.Veysəlov bu vəzifədən əvvəl “Modern” şirkətlər qrupunun baş icraçı direktoru olub. Məcnun Məmmədov da Mehman Veysəlovun vaxtı ilə rəhbəri olduğu “Modern Group”da çalışıb.

 

Bildirək ki, 2011-ci ildə yaradılan “Modern” Şirkətlər Qrupuna “Az-Granata” MMC, “Modenis” MMC, “Modern Hospital”, “Great Motors”, “Mineral Sular” MMC, “Alyans Tekstil”, “Agsu Aqropark” QSC şirkətləri daxildir..

 

Xatırladaq ki, “Aqroservis” ASC-nin İdarə Heyətinin əvvəlki sədri Elmin Rəhmanov bu ilin avqust ayının 5-də vəzifəsindən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Tağı İbrahimov partlayış olan mebel sexindən danışdı: “Qardaşım yalan deyir…”

redaktor

Azərbaycan İLK – Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq

redaktor

“Getməyəcəyik” deyən erməni keşiş Qarabağı tərk etdi – Video

redaktor