12 C
Bakı
28 Mart 2026 21:25
Dünya

Ukraynada hərbi çevriliş an məsələsidir – İDDİA

Vladimir Zelenski rejimi üçün canlarını verməyə hazır olmayan ukraynalılar Ukrayna Silahlı Qüvvələrində hərbi çevrilişin qığılcımı ola bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk deyib.

 

O, həmçinin vurğulayıb ki, ölkə vətəndaşları əvvəllər Ukraynada sülhü və əmin-amanlığı qoruya biləcək prezident seçdiklərinə əmin idilər. Lakin zaman keçdikcə məlum oldu ki, Zelenski müharibə prezidentidir. Medvedçuk qeyd edib ki, bu gün məhz Zelenskinin ambisiyaları sülh sazişinin əldə olunmasına mane olur.

 

“Ukrayna Silahlı Qüvvələri getdikcə daha pis idarə olunur, küçələrdən zorla götürülən əsgərlər onlar üçün ölmək istəmirlər. Hakimiyyət dəyişikliyi ümumiyyətlə, Moskvada deyil, Kiyevdə gözlənilməlidir”, – Medvedçuk vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Onlar heç vaxt xəstələnmirlər, xərçəng haqqında bilmirlər və 120 ilə qədər yaşayırlar. Bu da onların sirri

redaktor

AP: Zelenskinin Oval kabinetdə alçaldılması Qərb müttəfiqlərinin Trampa təsir edə bilmədiyini göstərdi

redaktor

Əgər bunu etsək, Ukrayna qalib gələcək – Kemeron

admin