8 C
Bakı
09 Fevral 2026 15:10
DünyaMuharibəSiyasət

Kurks hücumu: Kiyev ABŞ-a müraciət etdi – İcazə ver!

Ukrayna ordusunun Kursk bölgəsinə girməsindən sonra Kiyev Rusiya ərazisinə ATACMS-la zərbələr endirmək üçün yenidən ABŞ-a müraciət edib.

 

Bu barədə “Vaşinqton Post” Zelenskinin adının açıqlanmasını istəməyən müşavirinə istinadən məlumat yayıb.

“Belə bir siyasi qərar Ukrayna Silahlı Qüvvələrinə Kursk vilayətinin ələ keçirilmiş ərazilərini qoruyub saxlamağa imkan verəcək. Məsələ budur ki, bu, Rusiya ilə danışıqlar üçün lazımi rıçaq verəcək. Üç gün ərzində Kursk vilayətində Ukrayna ordusu təxminən 100 km² ərazini ələ keçirib və yüzlərlə rus əsgərini əsir götürüb. Onlar “Qazprom”un Avropaya yanacaq tədarükü üçün istifadə etdiyi “Suca” qazpaylama stansiyasına da nəzarət edirlər”, – o bildirib.

 

Nəşr qeyd edir ki, Rusiya qırıcılarının Ukrayna qüvvələrinin mövqelərini bombalamaq üçün havaya qalxdığı hərbi aerodromlara uzaqmənzilli raketlərdən istifadə edilməsi planlaşdırılır. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

İran bu ölkələri hədələdi: Bu halda sizə də hücum edəcəyik!

redaktor

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi

redaktor

Tramp İsrail və İranı atəşkəsi pozmaqda ittiham etdi

redaktor