25 C
Bakı
23 İyun 2025 17:19
DünyaGündəmMuharibə

Azərbaycanlı hərbi analitik Ukraynanın Kurskdakı döyüşləri haqda nələr dedi?..-XƏRİTƏ

“Ukrayna qüvvələri Kursk vilayətində nəzarət zonasını genişləndirir. Bu səhərə olan xəritə. Kursk bölgəsində əməliyyat…

 

Mən Ukrayna əməliyyatının yersiz olması ilə bağlı fikirlərlə razı deyiləm. Və bunun səbəbi budur. Rusiya Federasiyası Ukraynanı onun üçün əlverişsiz olan xətti müdafiə mövqeyinə qoyub. Eyni zamanda canlı qüvvəsi və hava bombalarından istifadə etməklə müdafiəni yarmaq qabiliyyətinə malikdir”.

 

Bunu hərbi analitik Aqil Rüstəmzadə özünün “Facebook” səhifəsində yazıb.

“Kurskdakı kimi bir vəziyyətdə isə Ukrayna ordusu kiçik mobil qruplarla meşəlik ərazilərdə fəaliyyət göstərir. Saman tayasında iynə axtarın… Eyni zamanda, Rusiya Federasiyası öz qoşunlarının bir hissəsini Ukraynadan çıxarmalı və ümumilikdə öz resurslarını cəbhənin böyük bir hissəsinə dağıtmalı olacaq. Zəif tərəf daha güclü düşmənlə belə vuruşmalıdır”, -deyə davamında hərbi ekspert vurğulayıb.

 

Onu da əlavə edək ki, avqustun 9-na keçən gecə Ukrayna ordusu “HİMARS” raketləri ilə Kursk vilyaətinin Rılski rayonunun Jovtnevoe kəndi yaxınlığında endirdiyi zərbə nəticəsində Rusiya ordusunun hərbi karvanı məhv edib. Rusiyanın Lipetsk şəhərində isə Ukrayna dronlarının hücumu nəticəsində hərbi aerodromdakı silah-sursat anbarında böyük partlayış baş verib… (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi – FOTO

redaktor

ABŞ Moskvaya məhz “Krokus”da terakt olacağını bildirib

redaktor

Gələn ildən bir ailə üçün ünvanlı sosial yardım 500 manatdan çox olacaq

redaktor