30 C
Bakı
10 Avqust 2025 21:30
DünyaGündəmMuharibə

Şok: Ukrayna Rusiyanın bu ərazilərini işğal etdi – Təcili

Avqustun 6-da Kursk vilayətinin Sucansk rayonuna daxil olan Ukrayna ordusu sərhəd zonasında möhkəmlənməyə nail olub.

 

Bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” Teleqram kanalı məlumat yayıb.

 

Kanalın müəllifi Mixail Zvinçukun sözlərinə görə, Ukrayna ordu bölmələri Nikolayevo-Daryino, Darino və Sverdlikovo kəndlərini ələ keçirib:

“Bundan əlavə, hazırda Qonçarovka və Oleşnyada Ukrayna və Rusiya qoşunları arasında döyüş gedir. Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrinin 400-ə qədər hərbi qulluqçusu Kursk vilayətinə daxil olub və daha iki minə qədər hərbçi sərhəddə cəmləşib. Ukrayna ordusunun əməliyyatı çoxdan hazırlanıb və ən azı daha bir neçə gün davam edə bilər”.

 

“Arxangel Spetsnaz” və “İki mayor” kanallarının məlumatına görə isə Ukrayna Silahlı Qüvvələri Sucaya doğru irəliləməyə davam edir, şəhər faktiki olaraq boşaldılıb.

Yerli hakimiyyət orqanları və Rusiya Müdafiə Nazirliyi Kursk vilayətindəki döyüşlər barədə təfərrüatlı məlumat vermir. Bölgə qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov bildirib ki, region “Ukraynalı nasistlərin hücumlarına qəhrəmancasına müqavimət göstərir” və bütün təcili yardım xidmətləri gücləndirilmiş iş rejiminə keçib. O, həmçinin vətəndaşları yerli xəstəxanalarda donor qan ehtiyatını artırmağa çağırıb.

 

Smirnovun sözlərinə görə, bir gecədə Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus dörd raket və üç pilotsuz uçan aparat vurulub.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumları nəticəsində ölənlərin ümumi sayı 28 nəfərə çatıb, bu barədə TASS-a vilayətin baş cərrahı Andrey Loktionov bildirib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

“İş adamı dedi ki, pulumu, qır-qızılımı oğurlayıblar, tapmaqda mənə köməklik et”- İllüzionist Tofiq İsgəndərli-FOTOLAR

admin

İsrail ordusu HƏMAS-ın yüksək vəzifəli qadın üzvünü zərərsizləşdirib

redaktor

İranın hakimiyyətinin “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki mövqeyi dəyişməyib – Elxan Şahinoğlu

admin