16 C
Bakı
26 Sentyabr 2025 23:33
Dünyaİdman

Mariya Stadnikin də yarışdığı çəkidə finalçı diskvalifikasiya edildi

Paris-2024-də 50 kq çəki dərəcəsində finala adlayan Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) yarışdan kənarlaşdırılıb.

 

Bu barədə Hindistanın olimpiya komandasının rəsmi sosial şəbəkə hesablarında məlumat yayılıb.

Belə qərar verilməsinə səbəb isə Vineşin 100 qram artıq çəkidə olmasıdır. Ona görə də idmançı diskvalifikasiya edilib.

 

Bu gün Vineş Phoqat ilə ABŞ təmsilçisi Sara Hildebrandt arasında final görüşü keçirilməli idi. Lakin Phoqat bu diskvalifikasiyaya görə gümüş, Hildebrandt isə qızıl medal alacaq.

Qeyd edək ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də mübarizə aparıb. O, 1/4 final mərhələsində Dolqorjavin Otqonjarvala (Monqolustan) uduzub və turnirlə vidalaşıb.  (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Qara dərili uşaq dünyaya gətirən qadın boşanma həddinə çatıb

redaktor

Pekin Rusiyanın məğlub olmasını bu səbəbdən istəmir

admin

Pezeşkianı dəstəkləyən professor məhkəməyə çağırıldı

redaktor