30 C
Bakı
12 Avqust 2025 11:55
CəmiyyətHadisə

Azərbaycanda gəmiricilər kəndə hücum etdi – Faciə yaşandı

 

Xəbər verdiyimiz kimi, Kürdəmir rayonunda təsərrüfatlar gəmiricilərin hücumuna məruz qalıb. El arasında “sünbülqıran” kimi tanınan boz siçan Kürdəmirin Qarasaqqal kəndindəki əkin sahələrini viran qoyub.

 

Sürətlə çoxalan zərərvericilərə artıq rayonun bütün kəndlərində rast gəlmək mümkündür.

 

Yenisabah.az-a danışan Kürdəmir sakinləri dövlət qurumlarından yardım istəyib.

 

Sakinlər bildirib ki, bu gəmiricilər artıq insanlara da zərər verir. Sünbülqıranlar taxılların təhlükəli zərərveriçisi, həmçinin bir sıra xəstəliklərin təbii daşıyıcısıdır.

 

Belə ki, gəmirici artıq yerli kənd sakinindən birinə faciə yaşadıb.

 

Faciəyə səbəb kənd sakininə məxsus sahəyə gəmiricilərin daraşması olub. “Sünbülqıran” taxıl sahəsinə ciddi zərər verməklə yanaşı, özlərinin zəhərli izini də bitkinin üzərində qoyub.

 

Zərərvericinin daşıdığı xəstəlikdən sakinlərdən birinin barmağına infeksiya keçib. İnfeksiya zamanla artıb və bunun qarşını almaq mümkün olmayıb. Sonda həkimlər Bakıda əməliyyata alınan kənd sakininin barmağını kəsmək məcburiyyətində qalıblar.

Tacxeber.com

Oxşar xəbərlər

“Gülə-gülə xəstəxanaya getdi, 1 saat sonra ölüm xəbərini verdilər” – FOTO

redaktor

Emin Həsənli Müdafiə Nazirliyini məhkəməyə verdi

redaktor

Sabiq bağça müdiri icra başçısından əmək haqqı tələb edir

admin