16 C
Bakı
28 Sentyabr 2025 02:21
CəmiyyətTəhsil

Azərbaycanda bəzi ixtisaslar ləğv ediləcək, yeniləri yaradılacaq

 

Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bu gün əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq.

 

Tacxeber.com trend-ə istinadla xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

 

O qeyd edib ki, peşə təhsili sistemi əmək bazarının tələblərinə digər təhsil pillələrindən daha çevik, daha tez reaksiya verir:

 

“Bunun baş verməsi üçün bir neçə vacib şərt var. Ən vacib şərt odur ki, peşə təhsili müəssisələri, agentlik olaraq, biz işəgötürənlərin tələblərini anlamalı, ehtiyaclarını duymalıyıq. Adətən, ölkədə əmək bazarında aparılan araşdırmalar, eyni zamanda, ölkənin növbəti 5-10 ildə iqtisadi inkişaf prioritetlərini nəzərə alaraq, yeni ixtisaslar təqdim etməyə başlayırıq. Həmçinin, bir çox hallarda sənayedə sektoral məlumatlar, işəgötürənlərin təklifləri əsasında yeni ixtisaslar üzrə tələbə qəbulu elan edirik.

 

Bu il 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirəcəyik. Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq. Bu səbəbdən peşə təhsili ixtisas təsnifatının dəyişdirilməsi istiqamətində fəaliyyətə başlamışıq. Gələn il peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatları təqdim ediləcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 taksi sürücüsü saxlanılıb – VİDEO

redaktor

Emin Əmrullayev 300 nəfərə vəzifə sözü verib – ŞOK İDDİA

redaktor

Dövlət qurumu “Cadillac”ı bazar dəyərindən 2 dəfə ucuz hərraca çıxarır – Fotolar

admin