12 C
Bakı
28 Mart 2026 18:07
Dünya

Türkiyədə İnstaqrama giriş bu şərtlə açıla bilər

 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu İnstaqram rəsmiləri ilə görüş keçirir.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 

Mövzu ilə bağlı X hesabında paylaşım edən Uraloğlu bildirib ki, şərtlər nəzərə alınarsa, qadağa aradan qaldırılacaq:

 

“Keçən həftə kataloq cinayətləri çərçivəsində girişini blokladığımız İnstaqram sosial media platformasının rəsmiləri ilə görüş keçirilib. Görüşdə Türkiyə Cümhuriyyətinin qanunlarına riayət olunması ilə bağlı həssaslığımızı bildirdik. Bu gün günorta onlarla yenidən görüşəcəyik. Ümid edirik ki, tələblərimizi yerinə yetirmək üçün lazımi addımları atacaqlar. Müsbət irəliləyişin olacağını gözləyirik”.

 

Qeyd edək ki, Türkiyədə avqustun 2-i İnstaqram sosial şəbəkə platformasına giriş bloklanıb. Türkiyə mediasının yazdığına görə, İnstaqrama girişin olmaması ölkə iqtisadiyyatına gündəlik 1.9 milyard lirə ziyan vurur.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski sabah ABŞ-a gedir: Baydenlə görüşəcək

admin

Rus əsgərlərinin Qara dənizdə Türkiyə gəmisinə girdiyi anların görüntüləri yayıldı – VİDEO

admin

Din xadimi Pezeşkiana hicab qaydasını dedi – efirə verilmədi

redaktor