15 C
Bakı
30 Mart 2026 20:03
Dünya

Rus sualtı qayığının batırılması böyük nailiyyətdir – General

Krımda Rusiya sualtı qayığının Ukrayna ordusu tərəfindən batırılması Kiyevin qeyd-şərtsiz nailiyyətidir.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisinin müavini, general-leytenant İqor Romanenko deyib.

 

“Bu, şübhəsiz ki, nailiyyətdir. Oradakı itkilər hərbi, maliyyə və iqtisadidir. Ancaq ilk növbədə hərbi itkidir, çünki o sualtı qayıq dördqanadlı “Kalibr” raketləri daşıya bilir. Rusların onları modernləşdirdiklərini nəzərə alsaq, bunlar ciddi silahlardır”, – Romanenko bildirib.

 

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyaya məxsus sualtı qayığa və S-400 zenit-raket kompleksini məhv edib.

Tacxeber.com

Oxşar xəbərlər

Suriyada Culani gənc qadına başını örtməyi əmr etdi – Video

redaktor

Paşinyandan Azərbaycanla bağlı gözlənilməz paylaşım

redaktor

“Qanun gücdən üstündür, bu, Qrenlandiyaya da aiddir” – Ursula fon der Lyayen

redaktor