29 C
Bakı
14 Avqust 2025 19:31
GündəmHadisə

Evdən işə getdi, qayıdanda çöldə qaldı – Unikal hadisə

Kürdəxanıda “Ləhiş bağları” adlanan ərazidə unikal hadisə baş verib.

 

Tacxeber.com xəbər verir ki, evdən işə gedən vətəndaş qayıdanda darvazasının dəyişdirildiyini görüb.

 

Ev sahibi Tural Məhərrəmovun sözlərinə görə, bu ev ona babasından miras qalıb. Hər yay ailəsi ilə birgə həmin evdə yaşayıb. Elə bu yay da həmin proses aidiyyəti üzrə təkrarlanıb. Amma bu dəfə fərqli ssenari yaşanıb.

 

Belə ki, ev sahibi iddia edir ki, onlar evə gələndə qapıya “Bağın sahibi”nin adından nömrə yazılıb yapışdırılıb. Həmin nömrə ilə əlaqə saxlayıb və izah edib ki, bu ona babasından qalma evdir.

 

Elə hər şey də bundan sonra başlayıb. T.Məhərrəmov işdən gələndə görüb ki, evin giriş qapısı yerindən çıxarılıb yenisi ilə əvəzlənib. Onun sözlərinə görə, evə “əl qoymaq” istəyənlər özlərini əmlakçı kimi təqdim edən fırıldaqçılardır.

 

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin verdiyi açıqlamada qeyd olunub ki, vətəndaşın müraciəti ilə bağlı araşdırmalara başlanılıb.

 

Ətraflı: “Real TV”nin reportajında:

 

 

Oxşar xəbərlər

Sülhməramlıların olduğu ərazilərdə TƏXRİBAT: Monitorinq baş tutmadı

redaktor

Avropa Jurnalistlər Federasiyası: COP29 ərəfəsində Azərbaycanda 23 jurnalist həbsdədir.

admin

Rusiya da sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəyir – Peskov açıqladı

redaktor