CəmiyyətGündəmİdman

Paris-2024: Məryəm 35-ci oldu

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangahın Paris-2024 Yay Olimpiya Oyunlarındakı yekun mövqeyi bəlli olub.

 

Təmsilçimiz 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında təsnifat mərhələsində 35-ci yeri tutub.

6-cı qrupda finişə 26,76 saniyəyə çatan üzgüçümüz həmin “səkkizlik”də 3-cü yeri tutub. Ümumilikdə isə 79 idmançı arasında ən yaxşı nəticəyə malik 16 üzgüçü yarımfinala adlayıb. Onların arasına düşə bilməyən idmançımız Olimpiadada çıxışını başa vurub.

 

Qeyd edək ki, yarımfinal mərhələsi günün ikinci yarısında keçiriləcək. (İdman.biz)

Tacxeber.com

Oxşar xəbərlər

Milli Məclisin 10 ən passiv deputatı – SİYAHI

admin

AFFA Gürcüstanın sabiq baş məşqçisini millimizə dəvət etdi – 4 illik müqavilə…

admin

Anasının qatilinin evinə gəlin köçdü – Azərbaycanda şok hadisə

redaktor