31 C
Bakı
13 Avqust 2025 15:53
Dünya

İsrail hazırlaşır: nazirlərə xüsusi rabitə verildi

 

İsraildə Nazirlər Kabineti üzvlərinə müharibə və mobil rabitə çatışmazlığı halında peyk telefonları verilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə İsrail mediası yazıb.

 

“İranın ölkəyə mümkün hücumlarına cavab olaraq hökumət nazirlərinə – təkcə kabinet üzvlərinə deyil – peyk telefonları verilib”, – nəşr bildirib.

 

Qeyd edilib ki, İsrail hökuməti fasiləsiz telefon xidmətini təmin etmək üçün mümkün olan hər şeyi edir.

 

Xatırladaq ki, İran 30 iyulda Pezeşkianın andiçmə mərasiminə qatıldıqdan sonra dincəldiyi iqamətgahın vurulması nəticəsində ölən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qisasını alacağını vəd edib. Buna görə də İsrail müdafiəyə hazırlaşır.

Tacxeber.com

Oxşar xəbərlər

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub – Sensasion iddia

redaktor

Livan ordusu bəzi mövqelərdən geri çəkilib – KİV

redaktor

Rusiyalı deputat öz ölkəsinə necə xəyanət etdi? – Zatulin təxribatının pərdəarxası

admin