13 C
Bakı
27 Mart 2026 23:36
Dünya

Azərbaycanlılar Rusiyadan buna görə deport olunur

 

Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantları ölkədən deport etməyə başlayıb. Bunların arasında Rusiyada çalışan azərbaycanlılar da var.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

 

“Azərbaycanlılar niyə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olmalıdırlar? Savaşmaq istəməyənlər doğru qərar veriblər. Moskva polisinin iclasının bir hissəsini internetdə izlədim, bir polis zabiti çıxışında açıq deyir ki, “qaraları” paytaxtdan uzaqlaşdırmaq lazımdır. Bunların “qaralar” adlandırdıqları insanlar Rusiyada az maaşa ən çətin işlərdə çalışırlar. Təsadüfi deyil ki, Rusiyanın televiziya kanallarından birində çıxış edən yerli məmur miqrantların azalması səbəbindən ölkədə elektriklərin, bənnaların, fəhlələrin və təmizlikçilərin ciddi çatışmazlığının yaşandığını bildirib. Ukraynaya qarşı müharibə olmasaydı, bütün bunlar da olmazdı”, – politoloq bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu Liman şəhərini və 5 yaşayış məntəqəsini AZAD ETDİ

admin

Türkiyə Somalidə kosmodrom tikmək NİYYƏTİNDƏDİR

redaktor

“Zelenskinin sonu Adolf Hitler kimi olmalıdır” – Kadırov

redaktor