DünyaGündəmİdman

Azərbaycan cüdoçusu finalda!

Azərbaycanın cüdo millisinin daha bir üzvü bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

 

Tacxeber.com QOL.az-a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev (Azərbaycan) 1/8 finalda Pyotr Kuçera (Polşa, dünya reytinqi 28) ilə qarşılaşıb. Polşa idmançısı 1/16 finalda Tomas Briçenoya (Çili, dünya reytinqi 46) qalib gəlib.

 

Zelim Kotsoyev hazırda öz çəkisində dünya reytinqində 1-cidir. Osetiyalı milliləşdirilmiş legioner olan Kotsoyev 2023-cü ildə (noyabr) Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub. O, Azərbaycan millisinin Yay Olimpiya Oyunlarında medal ümidlərindən sayılır.

 

Kotsoyev ilk görüşündə ipponla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi Peter Palçik (İsrail, dünya reytinqi 11) olub. İsrailli cüdoçu 2020-ci ildə Avropa çempionu adını, 2023-cü ildə isə dünya çempionatının bürünc medalını qazanıb.

 

Kotsoyev bu gorüşdə də qələbə qazanaraq (vaza-ari xalı ilə) yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi Muzaffarbek Turoboyev (Özbəkistan, dünya reytinqi 4) olub. Turoboyev dünya (2022-ci il) və Asiya (2024) çempionudur.

Kotsoyev bu görüşdə də qalib gələrək finala çıxıb.

 

O, finalda İlia Sulamanidze (Gürcüstan, dünya reytinqi 2) ilə qarşılaşacaq.

Final görüşü az sonra keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Paris-2024-ün cüdo yarışlarına 9 idmançı ilə qatılıb. Onlardan 7-si mübarizəni artıq başa vurub. Həmin idmançılardan yalnız Hidayət Heydərov medal (qızıl) qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Çeçenistanda polis binası vuruldu, Kadırov QİSAS alacağına söz verdi

redaktor

İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək

redaktor

İran hökumətinin sözçüsü: “Pezeşkianın Azərbaycana səfəri çox vacibdir”

redaktor