Dünya

“TikTok”un baş ofisində kütləvi zəhərlənmə oldu

 

“TikTok”un Sinqapurdakı baş ofisində kütləvi zəhərlənmə olub.

Tacxeber.com xəbər verir ki, Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, “TikTok” əməkdaşlarının qəbul etdiyi qidanın tərkibində bağırsaq çöpü olub. Yerli blogerlər bu işdə xarici xüsusi xidmətlərin əli ola biləcəyini düşünür.

 

Qeyd olunur ki, 60 nəfər zəhərlənib, onlardan 57-si xəstəxanaya yerləşdirilib. Onların hamısında eyni simptomlar müşahidə olunub: qarın ağrısı, qusma, 38+ temperatur, soyuq tər, solğunluq. Onların hər birinə qastroenterit diaqnozu qoyulub. Zərərçəkən əməkdaşlar ofisin yeməkxanasında zəhərləniblər.

Faktla bağlı yerli orqanlar tərəfindən araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan BMT-də HƏMAS-dan azad Fələstin hökumətinin yaradılmasına səs verib

redaktor

AVROPA-Niderlandda naməlum şəxslər məscidə OD VURDULAR

admin

Türkiyənin iqtisadi durumu son hadisələrdən sonra daha da gərginləşib.

admin