25 C
Bakı
11 Avqust 2025 08:14
DünyaŞikayətSiyasət

Rusiyada miqrantlar hərbi müqavilə imzalamaq üçün ac saxlanılır və döyülür…-“ISW”

Rusiya hakimiyyəti hərbi müqavilələr imzalamağa məcbur etmək üçün miqrantları qeyri-qanuni olaraq yeməksiz və susuz saxlayır və onlara qarşı fiziki zorakılıq tətbiq edir.

 

Tacxeber.com “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu haqda Amerikanın Müharibə Tədqiqat İnstitutu (“ISW”) məlumat yayıb.

 

Rusiyanın müxalif “Okno” nəşrinin məlumatına görə, hüquqşünaslar və hüquq müdafiəçiləri həbs edilən miqrantların demək olar ki, hamısının hərbi müqavilələr imzalamağa razı olduqlarını bildirirlər. Rusiya hakimiyyəti miqrantlara hərbi xidmətə razılıq vermələri müqabilində vətəndaşlığa qəbul edilmək vədi verir, Rusiya vətəndaşlığına qəbul edilənləri isə vətəndaşlıqdan məhrum etməklə hədələyirlər.

 

“Okno” 2024-cü ilin martında “Crocus City Hall”da baş verən terror aktından sonra miqrantlara qarşı reydlərin daha tez-tez baş verdiyini bildirib.

 

Rusiya hökuməti Rusiya ordusunun hərbi ehtiyaclarını ödəmək üçün miqrantlar və yeni vətəndaşlıq almış vətəndaşlardan istifadə etmək üçün qanunvericilik addımları atmağa davam edir.

 

İyulun 29-da Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumanın deputatlarına yeni vətəndaşlığa keçmiş Rusiya vətəndaşlarının Rusiya pasportu aldıqdan sonra hərbi xidmətə qeydiyyatdan keçməsini tələb edən qanun layihəsi hazırlamağı təklif edib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

“Dörd il əvvəl səhiyyəyə ayrılan məbləğ 870 milyon idisə, hazırda 3 milyardı keçib. Amma ……”

admin

Niyə saxtakarlıq edirsiniz?

redaktor

Tramp və komandası özünü çox da yormur.

admin