23 C
Bakı
22 İyun 2025 20:39
DünyaGündəmSiyasət

Harrisdən ŞOK: “Tramp məndən qaçır, çünki…”

ABŞ-ın vitse-prezidenti Kamala Harris əsas rəqibi Donald Trampın seçkiqabağı debatlarda iştirakdan yayınmaq istədiyini bildirib.

 

Bu barədə o, Corciya ştatında keçirdiyi mitinqdə bəyan edib.

“Yarışda dinamika dəyişir. Donald Tramp da bunu hiss edir. Ola bilsin ki, siz buna diqqət yetirmisiniz. Keçən həftə o, sentyabrda keçirilməsi planlanan debatlardan imtina edib”, – deyə Harris bildirib.

 

“Tramp debat etmək istəmir, lakin onun namizəd yoldaşı (Respublikaçı vitse-prezidentliyə namizəd Ceyms Devid) mənim haqqımda çox danışır. Donald, ümid edirəm ki, debatda səhnədə mənimlə üz-üzə gəlmək fikrinizi dəyişəcəksiniz. Çünki necə deyərlər, mənə deyəcək bir sözün varsa, üzümə söylə”, – deyə Kamala Harris tərəfdarları qarşısında rəqibinə səslənib. (Musavat)

Tacxeber.com

Oxşar xəbərlər

DTX Naxçıvanda daha bir naziri ifşa etdi

admin

Qənirə Paşayevanın qardaşı yüksək vəzifəyə GƏTİRİLİR

admin

Gəmilər batanda ölkə də batır…

admin