20 C
Bakı
24 İyun 2025 07:53
Dünya

“Mənim 100 uşağım var” – “Telegram”ın qurucusu

 

Məşhur “Telegram” platformasını yaradan Pavel Durovun 100 uşağı var.

Tacxeber.comxarici mətbuata istinadən xəbər verir ki, o, 12 ölkədə 100 bioloji uşağı olduğunu açıqlayıb.

 

Pavel Durovun sözlərinə görə, sperma donorluğu sayəsində dünyaya gəliblər.

 

15 il əvvəl dostlarından biri həyat yoldaşı ilə uşaq sahibi ola bilmədiyi üçün klinikada sperma bağışlamağı xahiş edib. Baş çəkdiyi tibb müəssisəsinin rəhbəri ona digər sonsuz cütlüklərə kömək etmək üçün anonim olaraq daha uyğun bioloji material verməyi təklif edib. Həkim bildirib ki, hazırda “yüksək keyfiyyətli donor materialı” çatışmazlığı var.

 

“Mənə sadəcə 100-dən çox bioloji uşağım olduğunu dedilər. Keçmiş donor fəaliyyətim 12 ölkədə 100-dən çox cütlüyün uşaq sahibi olmasına kömək etdi”.

 

O, bioloji övladlarının bir-birini daha asan tapması üçün DNT kodunu açmaq niyyəti barədə də məlumat verib.

Tacxeber.com

Oxşar xəbərlər

AB müşahidəçiləri durbinlərlə Azərbaycana “baxırlar” – Video

redaktor

Kim Çen In: “Nüvə silahına nüvə silahı ilə cavab verəcəyik”

redaktor

Belarus işğal altındakı Ukrayna torpaqlarından əldə etdiyi raps yağını Avropa İttifaqına satır

admin