20 C
Bakı
22 İyun 2025 03:45
DünyaİdmanMaraqlı

Mançester Yunayted”in 100 min nəfərlik stadion planı

“Mançester Yunayted” 100 min tamaşaçı tutumuna malik yeni stadion tikməyi planlaşdırır.

 

Bu barədə “The Telegraph” məlumat yayıb. “Qırmızı şeytanlar”ın rəhbərliyi köhnə “Old Trafford”un yenidən qurulmasındansa, yeni arenanın tikintisinin daha məqsədəuyğun variant olduğuna inanıt.

 

Yeni stadionun tikintisi 6 il çəkə bilər. Layihənin dəyəri ilkin olaraq 2,4 milyard avro olaraq qiymətləndirilir. Üstəlik, yeni arena “Old Trafford”a yaxın bitişik ərazidə tikilə bilər, çünki klubun böyük torpaq sahəsi var. Bu o deməkdir ki, yeni stadion tikilərkən “Mançester Yunayted” köhnə arenada oyunlarını davam etdirə biləcək.

 

Tikinti ilə bağlı yekun qərar bu ilin sonuna kimi mütəxəssislər və azarkeşlərlə məsləhətləşdikdən sonra veriləcək. Arena ilə yanaşı, onun ətrafında parkların salınması da nəzərdə tutulub. Stadiona yaxın ərazidə mehmanxana və ya əyləncə mərkəzinin açılması perspektivi də nəzərdən keçirilir. Oxşar layihələr əvvəllər ABŞ-da həyata keçirilib və çox uğurlu olub. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Kiyevə ikinci hücum: Rusiyanın yeni həmləsi necə bitə bilər ?

admin

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır – Zurabişvili

admin

ABŞ dəhşətli fəlakətlərlə üz-üzə – Güclü sunami, böyük zəlzələ…

redaktor