24 C
Bakı
11 Avqust 2025 22:22
İdman

“Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”

 

Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək.

 

Tacxeber.com report-a istinadla xəbər verir ki, bunu Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Hidayət Heydərov deyib.

 

O bu qələbə sayəsində medal kolleksiyasını tamamladığını bildirib:

 

“Medal kolleksiyamı tamamladım. 4 il idi ki, bu yarışa hazırlaşırdım. Bundan sonra 2028-ci ildə Los-Ancelesdə keçiriləcək olimpiadaya hazırlaşacağam. Səhifələrdə mənimlə bağlı yazılan rəyləri oxuyuram. Məni dəstəkləyən hər kəsə öz təşəkkürümü bildirirəm. Biz qalib xalqın övladlarıyıq. Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”.

 

Qeyd edək ki, H.Heydərov finalda fransalı Con Benjamin Qabanı ipponla üstələməklə olimpiadanın qızıl medalını qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Parisdə triatlonçuların yeni “macəraları”: İdmançılar bağırsaq infeksiyasına yoluxdular

redaktor

Futbolda QALMAQALLI hadisə – “Şəfa” biletin qiymətini qaldırdı, “Şahdağ Qusar” azarkeşləri etiraz edir.

admin

“Kim deyirsə ki, müdafiə futbolu oynayırıq, gəlsin, müzakirə edək” – Sadıqov

admin