İnsanın uzunömürlü olması bir çox amildən asılıdır. Ancaq ən vacibi düzgün qidalanmadır. Düzgün qidalanma isə yalnız təzə meyvə və tərəvəzlərə üstünlük verməklə təmin edilə bilər.
Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, alimlər yeni bir araşdırma nəticəsində qara qarağatın bir neçə faydalı xüsusiyyətini aşkarlayıblar.
Bu giləmeyvənin xüsusilə damar sağlamlığına müsbət təsir etdiyi üzə çıxıb.
“Cəmi 7 gün bu giləmeyvədən yedikdən sonra qan dövranı yaxşılaşır və bədən 10 il cavanlaşır”, – deyə professor Mark Villems bildirib.
Onun sözlərinə görə, qara qarağat ekstraktının tərkibindəki maddələr qan təzyiqinin artmasına səbəb olan ürək-damar sisteminin patologiyalarından qoruyur.