15 C
Bakı
26 Mart 2026 16:36
CəmiyyətGündəmHadisə

Vahid Əhmədov da deputatlığa namizədliyini geri götürdü

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb.

 

Tacxeber.com xəbər verir ki, məlumatı report-a V.Əhmədov təsdiqləyib.

O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb:

 

“Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər. Mən hər zaman dövlətimin, millətimin və xalqımın yanındayam. Bundan sonra da dövlətim və xalqım üçün əlimdən gələni etməyə hazıram”.

 

Qeyd edək ki, V. Əhmədov III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub.

Xatırladaq ki, Prezident İlham Əliyev sərəncam verərək 2024-cü il sentyabrın 1-ə növbədənkənar parlament seçkiləri təyin edib.

Tacxeber.com

Oxşar xəbərlər

Adınız müxtəlif Türkiyə, Rusiya klubları ilə hallanır. Özünüz hansı ölkədə çalışmaq istəyərsiniz?

admin

Dəyəri 1 milyon dollardan çox olan startap Azərbaycanda qida tullantılarının qarşısını almağı hədəfləyib.

admin

Bütün ürək xəstəliklərinin və infarktın qarşısını alan MÖCÜZƏVİ RESEPT

redaktor