27 C
Bakı
10 Avqust 2025 01:14
Cəmiyyət

SON DƏQİQƏ: Londondakı səfirliyimizə qarşı təxribata çağıran şəxs həbs edildi

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı dəfələrlə təxribata, aksiyaya çağıran şəxs terror ittihamı ilə həbs olunub. Böyük Britaniyanın ən tanınmış sağçı fəallarından olan Tommi Robinson terror ittihamı ilə saxlanılıb barəsində istintaq aparılır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə müvafiq məlumat onun “X” sosial şəbəkəsindən yayılıb.

 

Məlumatdan aydın olur ki, o, terrorla mübarizə qanunlarına əsasən həbs edilib.

 

Qeyd edək ki, Tommi Robinson dəfələrlə Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı təxribata çağırışlar edib. Tommi Robinson bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin Holland Park ərazisində yerləşən Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb. Həmin qrupun iyulun 20-də keçirdiyi ikinci aksiyada isə “islamçı Azərbaycan tərəfindən xristian ermənilərin soyqırımına qarşı dünya xristianlarını birləşməyə” çağırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur bloger Gömrük Komitəsindən şikayət etdi: “İşçilərinizin özbaşınalığı vətəndaşları boğaza yığıb!”

redaktor

Putinin növbəti hədəfi: FOOD CİTY-yə BASQIN GÖZLƏNİLİR

redaktor

Azərbaycanda ana zorakılığa məruz qalan qızını xüsusi amansızlıqla qətlə yetirib – DƏHŞƏTLİ CİNAYƏT

admin