31 C
Bakı
13 Avqust 2025 18:04
DünyaHadisəQalmaqal

Londondakı səfirliyimizə qarşı təxribat törədən şəxs həbs edildi

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı dəfələrlə təxribata, aksiyaya çağıran şəxs terror ittihamı ilə həbs olunub.

 

Böyük Britaniyanın ən tanınmış sağçı fəallarından olan Tommi Robinson terror ittihamı ilə saxlanılıb barəsində istintaq aparılır.

 

Məlumata əsasən, bu barədə müvafiq məlumat Tommi Robinsonun “X” sosial şəbəkəsində yayılıb. Məlumatdan aydın olur ki, o, terrorla mübarizə qanunlarına əsasən həbs edilib.

 

Qeyd edək ki, Tommi Robinson dəfələrlə Azərbaycanın Britaniyadakı səfirliyinə qarşı təxribata çağırışlar edib. Tommi Robinson bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin Holland Park ərazisində yerləşən Azərbaycanın Londondakı səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb. Həmin qrupun iyulun 20-də keçirdiyi ikinci aksiyada isə “islamçı Azərbaycan tərəfindən xristian ermənilərin soyqırımına qarşı dünya xristianlarını birləşməyə” çağırılıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Deputat uşağı maşınla vurub, qaçdı – Video

redaktor

Gənc azərbaycanlı şair vəfat etdi – FOTO

redaktor

Rusiya aviaşirkəti məşhur qazlı içkilərdən imtina etdi

redaktor