11 C
Bakı
30 Mart 2026 00:58
Hadisə

“Kurtlar Vadisi”nin məşhur aktyoru dünyasını dəyişdi

 

Türkiyənin tanınmış aktyoru Salahsun Hekimoğlu dünyasını dəyişib.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, televiziya və səs aktyoru Salahsun Hekimoğlu 74 yaşında vəfat edib.

 

Qeyd edək ki, aktyor “Payitaht Abdülhamid”, “Diriliş: Ertuğrul”, “Kurtlar Vadisi”, “Arka Sokaklar” və “Kavak Yelleri” kimi bir çox məşhur seriallarda rol alıb.

 

S.Hekimoğlu 1 yanvar 1950-ci ildə anadan olub. İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu olan Hekimoğlu 1988-ci ildən film və serialların səsləndirilməsində iştirak edir. Hekimoğlu aktyorluğa 2003-cü ildə “Həyat Bilgisi” serialındakı rolu ilə başlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda avtobus sürücüsü sükan arxasında “TikTok”da canlı yayım açdı: İzləyicilər etiraz etdilər – VİDEO

redaktor

Azərbaycanda polkovnik vəfat etdi

redaktor

NDU rəhbərliyi məllimə qarşı ikinci məhkəmənu də uddu.

admin