GündəmSiyasət

“Əsl saxtakar Məzahir Pənahov başda olmaqla, MSK-nın bütün üzvləridir”

 

Növbədənkənar parlament seçkilərinə 94 saylı Ucar seçki dairəsindən qatılmaq istəyən Elton Məmmədovun deputatlığa namizədliyi ləğv edilib.

 

Tacxeber.com konkret.az-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyanın üzvü Qabil Orucov Elton Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.

 

Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.

 

MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə, mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.

 

Elton Məmmədov haqqında deyilənlərin hamısını yalan və böhtan adlandırıb:

 

“Haqqımda deyilən bütün məlumatlar yalandır, iftiradır. Əsl saxtakar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov başda olmaqla, qurumun digər bütün üzvləridir. Məndən bu qədər. Qısa və konkret”.

Tacxeber.com

Oxşar xəbərlər

Çin yalnız öz maraqlarını güdən, soyuqqanlı, hiyləgər, çox güclü və təhlükəli geosiyasi oyunçudur.

admin

Bakı Nəqliyyat Agentliyinin iki yüksək vəzifəli şəxsi həbs OLUNDU

admin

Trampın Ərdoğana münasibəti baxımından Trampın bu gün dedikləri böyük önəm daşıyır.

admin