16 C
Bakı
27 Sentyabr 2025 00:02
Cəmiyyət

“Kişi kimi deyirəm, mənim belə uşağım yoxdur” – Cavanşir Paşazadə

 

Ötən gün 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.

 

Tacxeber.com bakupost.az-a istinadla xəbər verir ki, onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da var.

 

Bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.

 

Məsələ ilə bağlı danışan C.Paşazadə yayılan məlumatlardan xəbərsiz olduğunu deyib.

 

“Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Mehdiyevin qızı 25 milyonluq davadan növbəti dəfə əliboş çıxdı

redaktor

Məktəbdən qovulmuş 2344 müəllim: “Hərəsi bir evə çörək gətirəndir”

redaktor

“Ölkədə ədalət sistemi mütləq suni intellektrə verilməlidir” – Aqil Layıc

admin