16 C
Bakı
27 Sentyabr 2025 01:57
Şou

Xoşqədəm Hidayətqızı Ağadadaş Ağayevə qarşı: Görün, nə dedi

 

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” klinikasının mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayevin vəhşicəsinə döyülməsi ilə nəticələnən videogörüntülərin sosial şəbəkələrdə yayılması ictimai diqqəti bu istiqamətə yönəldib.

 

Tacxeber.comxəbər verir ki, tanınmış televiziya jurnalist, “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı da məsələyə münasibət bildirib. O, Facebook sosial şəbəkəsində paylaşımların birinin altına bu məzmunda şərh yazıb:

 

“Baltanı kim atıb və niyə? Araşdırmaq lazımdır”.

 

Bundan sonra Xoşqədəm Hidayətqızı ilə Ağadadaş Ağayevin pərəstişkarları arasında müzakirə başlayıb. Aparıcı fikirlərinə belə davam edib:

 

“Nə olur-olsun, o, balta atılmamalı idi! Və əgər tanınan insandırsa, heç atmamalı idi”.

 

Tərəflər arasında müzakirə bununla da yekunlaşmayıb. Xoşqədəm Hidayətqızı sonadək öz fikrində qalıb:

 

“Xalq artisti belə bir addım atmamalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Flora Kərimova plastik əməliyyat etdirdi

redaktor

Mənzurədən keçmiş həyat yoldaşına: “Bütün həyatımı alt-üst eləmisən”

redaktor

Türkiyəli məşhurların bilinməyən xəstəlikləri

redaktor