12 C
Bakı
28 Mart 2026 03:09
Gündəmİdman

“Qarabağ”dan Çempionlar Liqasına uğurlu başlanğıc

“Qarabağ”dan Çempionlar Liqasına uğurlu başlanğıc

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.

 

Turnirdəki təmsilçimiz “Qarabağ” yeni mövsümdə ilk rəsmi matçına çıxıb.

Ağdam klubu Cəbəllütariqdə “Linkoln”un qonağı olub və 2:0 hesablı qələbə qazanıb.

Bu komandalar arasındakı cavab matçı iyulun 30-da Bakıda keçiriləcək.

Xatırladaq ki, “Linkoln” “Qarabağ”a tanış rəqibdir. 2023/24 mövsümünün birinci mərhələsində də Ağdam təmsilçisi Cəbəllütariq çempionu ilə qarşılaşmış və hər iki matçda qələbə qazanmışdı (2:1 səfərdə, 4:0 evdə).

 

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

23 iyul

20:00. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərba ycan) – 0:2

Qol:Juninyo, 45+2, Toral Bayramov, 75

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa point stadium” (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Səfər Mehdiyevin KORRUPSİYA ORTAQLARI… – ADLAR

redaktor

Üç ölkə də Rusiya komandaları ilə görüşdən imtina etdi.

admin

“Qanun” Nəşrlər Evində görünməmiş kampaniya – FOTO

admin