21 C
Bakı
22 İyun 2025 23:07
Hadisə

MedEra Ağadadaş Ağayevə niyə həkim göndərməyib? – Klinikadan AÇIQLAMA

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib.

 

Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib.

 

Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın personalına müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib.

 

Gözətçi ona xəstəxanaya gəlməsini bildirib.

 

Bundan əsəbiləşən Ağayev eyvandan baltanı ona tərəf atıb. Lakin balta orada işləyən xadimə qadının ayağına dəyib.

 

Həmin tibb müəssisəsinin “MedERA” hospital olduğu bildirilir.

Məsələ ilə bağlı adı çəkilən xəstəxanadan Bakupost.az-a gah məlumatlarının olmadıqlarını, gah da ümumiyyətlə orada belə bir hadisənin baş vermədiyini qeyd edərək, dəstəyi asıblar.

Xatırladaq ki, A. Ağayev uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıya dayə kimi gətirilən afrikalı qadının başına iş gəldi

redaktor

Deputat Hicran Hüseynova və bacısı Fransada dəniz sahilində 5 milyon avroluq villanı sökdürdü – FOTO

redaktor

Jurnalist Dünya Çempionatını şərh edərkən qəflətən öldü. öldü

admin