28 C
Bakı
11 Avqust 2025 21:27
Dünya

Bayden istefa verməkdən imtina etdi

ABŞ prezidenti Co Bayden ikinci müddətə yenidən seçilmək cəhdindən əl çəksə də, dövlət başçısı vəzifəsini davam etdirəcəyini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Bayden öz X (tvitter) hesabında paylaşıb.

Qeyd edək ki, Bayden prezidentlik yarışından geri çəkildikdən sonra Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson dövlət başçısını istefaya çağırıb. O isə buna sərt reaksiya verib.

“Biz Amerika Birləşmiş Ştatlarıyıq, əgər birlikdə etsək, edə bilməyəcəyimiz heç nə yoxdur. Sadəcə kim olduğumuzu xatırlamalıyıq. Mən prezidentliyimi bunu sübut etməyə həsr etmişəm və bunu bu gün, sabah və hər gün davam etdirəcəyəm ki, sizin prezident kimi xidmət etmək şərəfinə nail olum”, – ABŞ prezidentinin bəyanatında deyilir.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət çevrilişi nəticəsində asılan Türkiyə Xarici İşlər naziri.

admin

Siyasətlə məşğul olmaq planım yoxdur – Selçuk Bayraktar

redaktor

Avrokomissiya Rusiya aktivləri ilə bağlı qərar verdi

admin