21 C
Bakı
23 İyun 2025 05:13
GündəmHadisəKriminal

Ağadadaş Ağayev balta ilə adam VURDU: Vəziyyəti ağırdır

Ağadadaş Ağayev balta ilə adam VURDU: Vəziyyəti ağırdır 

Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.

 

Əldə etdiyimiz məlumata görə, yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

 

Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

 

Tacxeber.com xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

 

Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib.

 

DİN-dən hadisə ilə bağlı bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A.Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ayağınızın altına soğan qoyub yatın – Bütün bədəni müalicə edir

redaktor

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə…

redaktor

Xaçmazda meşədə “plantasiya” aşkarlandı, bir tondan çox narkotik vasitə dövriyyədən çıxarıldı – VİDEO

admin