16 C
Bakı
28 Sentyabr 2025 01:51
DünyaMuharibə

Ukrayna Rusiyanın əsas neft zavodunu 3-cü dəfə vurdu

İyulun 22-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələri Tuapsedə Rusiyanın Qara dəniz sahilində yeganə neft emalı zavoduna növbəti dəfə hücum edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Krasnodar vilayətinin operativ qərargahı məlumat yayıb.

 

“PUA qalıqlarının düşməsi nəticəsində Tuapsedəki neft emalı zavodunun infrastrukturuna ziyan dəyib. 50 kv/m sahəni əhatə edən yanğın söndürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb”, – məlumatda bildirilib.

 

Krasnodar diyarının Tuapse rayonunun rəhbəri Sergey Boyko bildirib ki, bundan əvvəl şəhərin üzərində səkkiz pilotsuz təyyarə vurulub. Onun sözlərinə görə, bundan əvvəl yanvar və may ayında Tuapse neft emalı zavoduna dron hücumu olub.

 

Qeyd edək ki, Ukrayna 6 ay ərzində Rusiyanın 50-yə yaxın neft və neft emalı zavoduna zərbə endirib.

Tacxeber.com

Oxşar xəbərlər

Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri vəzifəsindən geri çağırılıb – SƏRƏNCAM

redaktor

Ramiz Mehdiyevin kürəkəninə qarşı 3 milyonluq iddia – Foto

redaktor

Müsəlmanların xoşbəxt və bədbəxt yaşadıqları ölkələr

admin