24 C
Bakı
23 İyun 2025 20:37
Hadisə

Qohumunu xilas edərkən özü öldü… – Video

 

“Ağdaş” klubunun rəhbəri və qohumunun çayda boğulması hadisəsi ilə bağlı bəzi detallar bəlli olub.

 

Tacxeber.com Oxu.az-a istinadla xəbər verir ki, Fərid Ağazadə övladları ilə istirahət məqsədi ilə çay kənarına gedib.

 

F.Ağazadə çaya girib və bir müddət sonra ailəni gətirən taksi sürücüsü onun sudan çıxmadığını görüb. O, dərhal Fəridin dayısı oğlu Rəhman Əliyevə zəng edib.

 

Hadisə yerinə gələn R.Əliyev qohumunu çaydan çıxarmaq üçün çaya girib və o da boğulub.

 

Ağdaş rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Samir İsrəfilov söyləyib ki, klubun rəhbəri Rəhman Əliyev bölgənin tanınmış idman müəllimlərindən biri olub:

 

“O, 80-dən çox uşağa təmənnasız olaraq məşqçilik edirdi”.

 

Qeyd edək ki, Fərid Ağazadə ailəli olub, 3 qız övladı var. Rəhman Əliyev isə subay olub.

Tacxeber.com

Oxşar xəbərlər

Çilinin sabiq prezidenti helikopter qəzasında həlak olub

redaktor

Sahibinin ayağını gəmirən buldoq onun həyatını xilas etdi – FOTO

redaktor

Keçmiş deputatla Eldar Əzizov arasında torpaq qalmaqalı

admin