Kriminal

Bakıda DƏHŞƏT: Arvadından ayrılan kişi anasının həyatına son qoydu – VİDEO

Qaradağ rayonunun Ümid qəsəbəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınan qətlin təfərrüatı məlum olub.

Tacxeber.comxəbər verir ki, aralarında yaranan mübahisə zamanı 1991-ci il təvəllüdlü Kamran Şükürzadə anası 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanı bıçaqlayıb.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Mərhumun qohumunun sözlərinə görə, ana ilə oğul tez-tez mübahisə edirlərmiş:

“Gəlinimiz idi. Hadisə baş verən vaxt işdə olmuşuq. Zəng gəldi ki, belə bir hadisə olub. Aralarında dava olurdu, eşidirdik. Ancaq inanmazdıq ki, belə bir işə əl ata bilər. Oğlan ailəli idi, 2 uşağı var idi. Həyat yoldaşından boşanıb. Yəqin ki, bu hadisə də ona görə baş verib. Psixi vəziyyəti yaxşı olmayıb, başı çönüb, kimisə günahkar axtarıb”.

Daha ətraflı Baku TV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

KRİMİNALSifarişlə qətlə yetirilən prorektorun həyat yoldaşı DANIŞDI – VİDEO

admin

“Canıyev cinayət dəstəsi”nin rəhbəri SAXLANILDI – FOTO

admin

İcra başçısı istintaqa ifadə verdi

admin