12 C
Bakı
28 Mart 2026 11:23
Dünya

Benyamin Netanyahu: Bizə hücum edən hər kəs hərəkətlərinin əvəzini ağır ödəyəcək

“İsrail lazım olan hər vasitə ilə özünü müdafiə etməkdə qərarlıdır”.

 

“Report” xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

 

Netanyahu xüsusi videomüraciət zamanı deyib: “Biz (İsrail – Qeyd) özümüzü hər vasitə ilə və bütün cəbhələrdə müdafiə edəcəyik. Bizə hücum edən hər kəs hərəkətlərinin əvəzini ağır ödəyəcək. Sabit və təhlükəsiz Yaxın Şərqi görmək istəyən hər kəs, istər Yəməndə, istər Qəzzada, istərsə də Livanda İsrailin İrana və onun müvəkkillərinə qarşı mübarizəsini dəstəkləməlidir”.

 

Netanyahu qeyd edib ki, iyulun 20-də səhər hərbi-siyasi kabineti toplayıb və nazirlərdən Yəməndə husilərin hədəflərinə hücum qərarını dəstəkləmələrini istəyib:

 

“Bizim hücum etdiyimiz liman mülki liman deyil, İran tərəfindən husilərə verilən silahların giriş nöqtəsi kimi hərbi məqsədlər üçün istifadə edilib. Husilər bu silahlardan İsrailə, region ölkələrinə və beynəlxalq dəniz yollarına hücum etmək üçün istifadə ediblər”.

Tacxeber.com

Oxşar xəbərlər

İlon Maskdan “WhatsApp”la bağlı CİDDİ XƏBƏRDARLIQ

redaktor

Zəlzələ biznesmeni bir anda müflis etdi: “Çaydan tapanda sevindim ki…” – VİDEO

redaktor

Melitopolda rusların qərargahı partladıldı: ölənlər var.

admin