10 C
Bakı
27 Mart 2026 15:25
Cəmiyyət

Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər, “kişi” olduğunu öyrəndi

Azərbaycanda qızdan hərbi sənəd tələb etdilər,

 

Azərbaycanda qadın şəxsiyyət vəsiqəsində cinsiyyətinin səhv yazıldığını iddia edir.

 

 

Bu barədə Oxu.Az-ın redaksiyasına məlumat verilib.

 

Tacxeber.com bildirir ki, Oxu.Az-ın əməkdaşı şəxsiyyət vəsiqəsində cinsiyyəti səhv yazılan Fidan Adgözəl qızı Heydanlı ilə əlaqə saxlayıb.

 

F.Heydanlı doğum haqqında şəhadətnaməsinin qeydiyyata səhv alındığını qeyd edib:

 

“Mənim qeydiyyatım Ağstafa rayonundadır. Şəxsiyyət vəsiqəmi aldığım vaxtdan indiyə qədər vəsiqəmdə cinsim kişi olaraq yazılıb. Portalda da qeydiyyatda kişi cinsi olaraq düşüb. Mən buna fikir verməmişdim. Şəxsiyyət vəsiqəsini itirmişdim. Məcbur qaldım təkrar alım. O zaman kişi cinsi yazıldığını gördüm. Vətəndaş Vəziyyətləri Aktlarının Qeydiyyatı Şöbəsinə müraciət etmişdim ki, portalda dəyişdirib, cinsiyyətimi düzgün yazın, yəni “qadın”. Bu hal ötən il baş vermişdi. Lakin dəyişdirməyiblər. Portalda kişi cinsi olaraq qalıb.

 

Subbakalavrların sənəd qəbulunda iştirak edən zaman Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatında olduğum rayon şöbəsindən arayış tələbini görəndə bildim ki, portalda dəyişdirilməyib. Bu, “ASAN xidmət”lə bağlı problem deyil, qeydiyyat şöbəsinin problemidir. Doğum haqqında şəhadətnaməmdə bu səhvə yol verilib”.

Tacxeber.com

Oxşar xəbərlər

“Bu işdə Zaurların, Xoşqədəmlərin, Elgizlərin rolu danılmazdır”

redaktor

Azərbaycanda əxlaq polisi yaradılsın – Hüseynbala Mirələmov

redaktor

Xanımı Sabir Rüstəmxanlının deputat olduğu dairəni seçdi

redaktor