Dünya

Sorğu: Almanların 60%-dən çoxu ölkədə həyat şəraitinin pisləşdiyini düşünür

Almaniya sakinlərinin əksəriyyəti – 60%-dən çoxu hesab edir ki, Angela Merkel (2005-2021) federal kansler postunu tərk etdikdən sonra ölkədə həyat şəraiti pisləşib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Merkelin 70 illik yubileyi münasibətilə “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğuda göstərilib.

 

Respondentlərin 61%-i hesab edir ki, Merkel hökumət başçısı postunu tərk etdikdən sonra ölkədə vəziyyət daha da pisləşib.

 

Bununla belə, respondentlərin yalnız 7%-i yaşayış şəraitinin yaxşılaşdığını, 25%-i isə hər şeyin təxminən eyni səviyyədə qaldığını bildirib.

 

Eyni zamanda, sorğuda iştirak edənlərin əksəriyyəti (28%) hesab edir ki, yaşayış şəraitinin pisləşməsinə səbəb Olaf Şoltsun rəhbərlik etdiyi hazırkı Almaniya hökumətinin yürütdüyü siyasətdir.

 

İyunun 28-dən iyulun 3-dək aparılan sorğuda 2030 nəfər iştirak edib.

Tacxeber.com

Oxşar xəbərlər

Co Bayden Lionel Messini medal ilə təltif edəcək

redaktor

Bakı İrəvanı küncə sıxışdırıb, müttəfiqlərdən məhrum edib: Türk İttifaqı Fransanı da bloklayır

redaktor

“Bitkoin”nun qiyməti 93 min dolları keçdi.

admin