CəmiyyətDünyaGündəmŞouTarix

İzmirdə müğənnidən qalmaqal: Türkiyə bayrağını görüb səhnəyə çıxmadı – VİDEO, FOTO

Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunda Təhsil Fondunun İzmir Şöbəsi tərəfindən Çeşmə Açıq Hava Teatrında konsert təşkil olunub.

 

Lakin konsertdə çıxış etməsi gözlənilən yunanıstanlı müğənni Despina Vandi türk bayrağını və Atatürkün posterini görərək səhnəyə çıxmayıb. O, posterin və bayrağın endirilməsini tələb edib. Lakin onun tələbi yerinə yetirilməyib və konsert ləğv edilib.

 

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı açıqlama verən fondun İzmir şöbəsinin prezidenti Gülnur Sonbayraktar sənətçinin gözlənilməz səbəblərdən son anda çıxışdan imtina etdiyini, biletlərin geri qaytarılacağını bildirib.

 

Çeşmə bələdiyyə sədri Lal Denizli səhnəyə çıxaraq konsertə hər cür dəstəyi verdiklərini, lakin Despina Vandinin səhnəyə çıxmaq istəmədiyini deyib.

 

“Çünki o, türk bayrağının və Atatürkün posterinin enməsini istəyirdi. Heç ruhdan düşməyin, o gözəl nəfəslərinizi yoracağınız bir insan belə olmadığını düşünürəm. Biz bu torpaqları qazanmaq üçün çox şəhid verdik və hər zaman qardaşlığın, əbədi dostluğun qalib gələcəyinə inanan insanlarıq”, – deyə Lal Denizli qeyd edib.

 

O, baş verənlərin yunan müğənniyə dərs olacağına ümid etdiyini deyib.

 

“Heç bir güc nə bayrağımızı, nə də Atatürkün posterini endirməyə yetməz. Bunu ağlına belə gətirə bilməz. Xanım dərhal bu şəhərin sərhədlərini tərk etsin. Sakit və dinc şəkildə. Amma ümid edirəm ki, bir daha getdiyi heç bir ölkədə o ölkənin qanla yüksəldilmiş bayrağını endirməyi ağlına belə gətirməz. Bu ona tarixi bir dərs olar”, – deyə o əlavə edib.

 

Daha sonra konsert zalındakılar səhnəyə çıxıb İzmir Marşı oxuyurlar

Tacxeber.com

Oxşar xəbərlər

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

redaktor

Süni ət orqanizmə necə təsir edir? – Sınaqdan keçirildi : ŞOK NƏTİCƏ

redaktor

Azərbaycanda bir neçə abituriyent 500-dən çox bal topladı, universitetə qəbul ola bilmədi

redaktor