29 C
Bakı
11 Avqust 2025 15:48
Cəmiyyət

İçindən qurd çıxan qrili hazırlayan TƏNDİRXANA BAĞLANDI

 

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda təndirxanaların birində satılan qrilin içindən qurd çıxmışdı.

 

Media vasitələrində yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İlhamə Zəkaray qızı Əsədovaya məxsus “Təndir N1” iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə agentlikdən Lent.az-a bildirilib.

 

Belə ki, baxış zamanı qida obyektində bişmiş yeməklərin çiy toyuq və ət məhsulları ilə birgə saxlandığı, dondurulmuş ət məhsullarının donunun açılması (defrostasiya) proseduru üçün sahənin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, emal və anbar sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçilərin tibbi müayinə arayışlarının qanunvericiliyə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb.

 

Həmçinin ümumi çəkisi 6.6 kq olan subməhsulun (ağ ciyər və qara ciyər) minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər təqdim olunmayıb.

 

Aşkarlanmış nöqsanlarla əlaqədar qanunverciliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

 

Qeyd edək ki, həmin təndirxanada hazırlanan qrilin içindən qurd çıxması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

“Nadir Şah Qənirə Paşayevanın qohumudur”- Sensasion açıqlama

redaktor

Çənəsi sındırılan Qarabağ qazısının döyüş videosu yayıldı

redaktor

Azərbaycanda həkimlər ürəyi dayanan xəstəni 10 dəqiqə sonra həyata qaytardılar – VİDEO

redaktor